Levandovski rekorda doymur -Çempionlar Liqası
Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Ukraynada Kiyev “Dinamo”sunu 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.
14-cü dəqiqədə hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib.
Levandovski 2020-ci ilin noyabrından bəri meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapmışdı.
Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda “Mançester Yunayted”də çıxış edən Kristiano Ronaldo da ÇL-də ardıcıl 9 oyunda qol vurub. Lakin onlar bunu karyeralarında cəmi bir dəfə bacarıblar.
Oxşar xəbərlər
Levandovski “Barselona”da tarix yazdı
Levandovski yeni rekorda imza atdı - La Liga
Robert Levandovskinin yeni rekordu - VİDEO
Levandovskidən daha bir tarixi uğur - Ardıcıl 18 qələbə
Ardıcıl 7-ci dəfə ölkəsində ilin futbolçusu seçildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası