reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Səbail"lə oyuna iki itki ilə çıxacaq -Premyer Liqa


“Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.

Sportfm.az xəbər verir ki, ikigünlük fasilədən sonra noyabrın 23-də hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.

“Sabah”la oyunda zədələnmiş qapıçı Aqil Məmmədov hazırlıqda iştirak etməyib. Zədəli hücumçu Tiaqo Bezerra isə komandadan ayrı çalışıb. Digər bütün futbolçuların qatıldığı məşq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

Qeyd edək ki, noyabrın 27-də "Bakcell Arena"da keçirləcək “Neftçi” – “Səbail” matçı saat 18:15-də başlayacaq.

Oxşar xəbərlər

“Neftçi” üçün çətin sınaq
"Neftçi" oyuna hazırdı! Hazırdı? -
"Neftçi" son məşqinə çıxdı - oyuna hazırdı
"Neftçi" hazırlaşır - FOTO
“Neftçi” bir itki ilə hazırlaşır - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər