“Qarabağ” - APOEL:mətbuat konfransı
Avropa Liqasının qrup mərhələsinin III turunda baş tutacaq “Qarabağ” - APOEL (Kipr) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oktyabrın 23-ü 13:00-da matçın keçirləcəyi Tofiq Bəhramov adına Respbublika Stadionunda media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 17:00-da "Azersun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransı saat 18:15-də başlayacaq. 19:00-da Nikosiya klubunun futbolçuları Tofiq Bəhramov adına Respbublika Stadionunda oyun öncəsi son məşqə çıxacaq.
“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü baş tutacaq. Matçın start fiti 20:55-də səslənəcək.
Oxşar xəbərlər
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
"Qarabağ" - APOEL matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Dandolk" - "Qarabağ" matçının mətbuat konfransının vaxtı açıqlandı
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası