"Səbail" AFFA-ya şikayət edəcək -Qərardan narazıdır
"Səbail" klubu baş məşqçi Aftandil Hacıyev və futbolçu Nikolas Rayselə qarşı AFFA İntizam Komitəsinin çıxardığı qərardan narazı qalıb.
Sportfm.az xəbər verir ki, klubun mətbuat katibi Mehriban Müstəlova açıqlamasında İntizam Komitəsinin cəzalarını ağır saydıqlarını bildirib. O, qərara yenidən baxılması üçün apellyasiya verəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, İntizam Komitəsi Nikolas Rayseli səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəbindən 4 oyunluq diskvalifikasiyaya məruz qoyub. Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq cəzalandırılıb. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib. (report)
Oxşar xəbərlər
Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza
AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
AFFA klublarımızı cərimələdi - 4000 manat
"Səbail"in baş məşqçisi qırmızı vərəqə aldı - Qeyri-etik ifadəyə görə
AFFA "Qarabağ"ı cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası