reklam
Sportfm.az xəbər saytı

"Neftçi" ağır cəza ilə bağlı apellyasiya şikayəti verəcək? -Klub rəsmisi açıqladı


Bu gün keçirilən AFFA-nın İntizam Komitəsinin iclasında "Neftçi"nin baş məşqçisi Samir Abasov 5 oyunluq cəzalandırıldı. Səbəb kimi Samir bəyin azarkeşləri təhqir etməsi göstərilib və 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Bununla yanaşı klub 4000 manat cərimə olunub. 
İstənilən halda çempionluğa iddialı "Neftçi"nin oyunların vacib olduğu bir məqamda bu cəza mütəxəssis üçün ağır sayılır. Belə olan halda klub apellyasiya şikayəti verməyi düşünürmü?
Bu sualı klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq. Rüstəm bəy qaynarinfo-ya açıqlamasında bunları söylədi: 
"Yəqin ki, apellyasiya şikayəti verməyəcəyik. Bununla bağlı mənə dəqiq heç nə deyilməyib. Ümumiyyətlə oyunun protokolunda belə qeyd olduğundan xəbərimiz yox idi. Hər halda AFFA nümayəndəsi qeyd edib, İntizam Komitəsi də qərar çıxarıb. İndi apellyasiya şikayəti olub-olmayacağı ilə bağlı dəqiq məlumatım yoxdur. Çünki qərar çıxana yaxın komanda məşqə yollandı və mənə də bununla bağlı nəsə deyilməyib. Olsa da sabah oyun var. Artıq bir oyun getdi. Ayın 8-9-u da bayramdır. Sonra da millinin oyunları ilə bağlı fasilə yaranacaq. Fasilə müddətində nə olacaqsa bunu indidən deyə bilmərəm".

Oxşar xəbərlər

“Sabah”ın şikayəti qismən təmin edildi - Qərar
Abasovun cəzası yüngülləşdirildi - QƏRAR
AFFA "Sabah"ı razı saldı
"Sabah"ın şikayəti təmin edilmədi - Qərar
"Neftçi" apellyasiya verəcək - Cəza ilə bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər