Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qara Qarayev “400”ə çatdı -Azərbaycan Premyer Liqası
Qara Qarayev “Qarabağ”ın heyətində 400-cü oyunu keçirib.
Sportfm.az xəbər verir ki, yubiley Premyer Liqanın IX turunda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada gerçəkləşib.
Yalnız bir klubda çıxış edən 29 yaşlı yarımmüdafiəçinin aktivində 4 qol var. Qarayev çempionatda 262, kubokda 36, avrokuboklarda 102 dəfə meydana çıxıb. Onun bütün qolları Premyer Liqada qeydə alınıb.
Bu vaxtadək “Qarabağ”ın tarixində yalnız bir futbolçu - Maksim Medvedev 400 matç səddini arxada qoyub.
Qeyd edək kİ, Qara Qarayevin komandada debütü 2008/09 mövsümünə təsadüf edib. O, 2008-ci il noyabrın 5-də “Bakılı” ilə kubokun 1/8 final mərhələsinin cavab matçında (0:0) şans qazanıb.
Oxşar xəbərlər
Qara Qarayev ağ-qara komandada
Qara Qarayev 40-ı haqladı
Qarayevin 250-ci oyunu - Azərbaycan Premyer Liqası
“Qarabağ”ın rekordçusu 450-yə çatdı
"Neftçi"nin uduzduğu oyunda yubileylər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası