reklam
Qarayevin 250-ci oyunu -
Sportfm.az xəbər saytı

Qarayevin 250-ci oyunu -Azərbaycan Premyer Liqası


“Qarabağ” klubunun futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.

Sportfm.az xəbər verir ki, yubiley XX turun “Sabah”la görüşünə təsadüf edib. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi matçadək 249 qarşılaşmada iştirak etmiş yarımmüdafiəçi cəmi 3 qol vurub.

Qarayev ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib. O, “Qarabağ”ın heyətində 250 çempionat görüşünə çıxan 3-cü futbolçu olub. Onadək yalnız Maksim Medvedevlə Aslan Kərimov bunu bacarıb.

Qeyd edək ki, Qara Qarayev Azərbaycan çempionatında 2008/2009 mövsümündə debüt edib. O, 2009-cu il aprelin 11-də “Muğan”la səfər görüşünün (2:1) uzatma dəqiqələrində meydana çıxıb.

Oxşar xəbərlər

Kapitan üçün uğursuz yubiley oyunu
Qara Qarayev 40-ı haqladı
Qara Qarayev “400”ə çatdı - Azərbaycan Premyer Liqası
“Qarabağ”ın rekordçusu 450-yə çatdı
İmamverdiyevlə İlkin Qırtımov 200-ə çatdılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər