"Neftçi"nin uduzduğu oyunda yubileylər
Azərbaycan Premyer Liqasının II turunun “Zirə” ilə oyunu “Neftçi”nin dörd futbolçusu üçün yubileylə əlamətdar olub.
Sportfm.az PFL-ə istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı görüşdə 4 oyunçu 6 yubiley qeyd edib. Rəhman Hacıyev “Neftçi”də ümumilikdə 150-ci matçını keçirib. O, Premyer Liqada 117, kubokda 21, avrokuboklarda 12 dəfə “ağ-qaralar”ın formasını geyinib.
Namiq Ələsgərov isə paytaxt təmsilçisində 75-ci oyununa çıxıb. Yarımmüdafiəçi çempionatda 63, kubokda 7, avrokuboklarda 5 dəfə şans qazanıb.
Emin Mahmudovla Anton Krivotsyuk Azərbaycan Premyer Liqasında 50-ci oyunlarını keçirib. Hər iki futbolçu çempionatda yalnız bir komandada çıxış edib. Beləliklə, onlar həm də “Neftçi”də 50-ci çempionat matçında iştirak ediblər.
Yubileylərlə zəngin olan matçda “Neftçi” 0:1 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Ramil, Rahil və Kevin...
Emindən ikiqat yubiley - Premyer Liqa
"Qarabağ"ın futbolçuları üçün əlamətdar oyun - Premyer Liqası
"Neftçi"nin futbolçusu üçün əlamətdar tur
Rəhman Hacıyev üçün əlamətdar tur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası