reklam
Azərbaycanlı boksçu 1/8 finalda -
Sportfm.az xəbər saytı

Azərbaycanlı boksçu 1/8 finalda -Dünya çempionatı


Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bu raundda rumıniyalı Pol Andrey Aradoae ilə üz-üzə gələcək.

Qeyd edək ki, bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.

Oxşar xəbərlər

Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
“Qələbəmi şəhidlərimizə həsr edirəm” - Alfonso Dominges
Azərbaycan boksçusu dünya çempionu oldu - UĞUR
Boksçularımız mərhələ adladı - Dünya çempionatı
Boksçularımız mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər