Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milliləşən futbolçu millimizdən imtina etdi
Hollandiyanın "Feyenoord” klubunun futbolçusu Ozancan Kökcü Azərbaycan millisindən imtina edib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
Xəbərdə bildirilir ki, 18 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasının formasını geyinməkdə maraqlıdı. Bu ölkənin U-17 komandasında çıxış etmiş Ozancan Azərbaycanın gənclərdən ibarət millisinin Antalyadakı son toplanışında iştirak etmişdi.
"Feyenoord”la müqavilə müddəti mövsümün sonuna qədər olan pleymeyker ölkə xaricində oynamaq qərarına gəlib. İngiltərə Premyer Liqa təmsilçilərinin maraq dairəsində olan Kökcünün məhz legioner həyatı yaşamaq üçün Hollandiya millisini seçdiyi bildirilir.
Qeyd edək ki, Ozancanın 16 yaşlı qardaşı Orkun Kökcü isə hazırda Hollandiyanın U-17 millisinin üzvüdü.
Oxşar xəbərlər
Kökçü "Feyenoord"la müqavilə bağladı - FOTO
Azərbaycan millisini seçəcəyi deyilən futbolçu Türkiyə yığmasında
Milliləşdirmək istədiyimiz futbolçu yığma komanda seçimini etdi
Yığmamızın üzvü "Feyenoord"la müqavilə bağladı
Millimizin üzvünə "Mançester Siti" təklif
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası