reklam
Mahir Emreli meydana çıxacaqmı? -
Sportfm.az xəbər saytı

Mahir Emreli meydana çıxacaqmı? -Məlumat


Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı məlumat yayıb.

Sportfm.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçudan götürülmüş 3-cü analizin nəticəsinin də mənfi çıxdığını açıqlayıb.

Tezliklə komanda ilə məşqlərə qoşulacaq forvardın "Lex"ə qarşı çempionat matçında oynayacağı bildirilib.

Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin görüşü buraxacağını bildirib. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 

Oxşar xəbərlər

Mahir Emreli Vətənə qayıtdı - FOTO
Mahir Emrelinin klubu cərimələndi - Azarkeşlərə görə
"Emreli meydanda görünmədi" - Tənqid atəşi
Emrelinin ikinci testi neqativ çıxdı
Mahir Emreli hər kəsi geridə qoydu - Ən yaxşı oyunçu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər