Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emrelinin ikinci testi neqativ çıxdı
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb.
Sportfm.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun çıxış etdiyi Polşanın "Legiya" klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq tvitterdə məlumat yayıb.
Onun sözlərinə görə, Varşava təmsilçisinin tibbi personalı Emrelinin təkrar test nəticəsinin mənfi olduğu qənaətinə gəlib: "Oyunçuya peyvənd vurulub, simptomları yoxdur. Biz situasiya ilə bağlı əlavə məlumat verəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (report)
Oxşar xəbərlər
Mahir Emreli meydana çıxacaqmı? - Məlumat
Mahir Emrelinin növbəti testi neqativ çıxdı
Emrelinin koronavirus testi pozitiv çıxdı - Millidə itki
“Qarabağ”ın rəqibində koronavirus aşkarlandı - Oyun baş tutacaq
Mahir Emrelinin durumu ilə bağlı açıqlama - Qırıq aşkarlanmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası