"Millidə məşq etmək üçün yetərli zamanımız olmur" -De Byazi
“Nəticəyə baxmayaraq, fikirləşirəm ki, ümümilikdə yaxşı oyun göstərdik. 6-cı dəqiqədə qol buraxmağımız komandanın oyununa təsir etdi. İlk hissədə rəqibdən daha yaxşı oynadıq”.
Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İrlandiyaya Bakıda 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "CBC Sport"a açıqlamasında deyib.
De Byazi Bakıya gəldikdə ilk müsahibəsində belə demişdi : “Bu komandaya güvənmək, inanmaq lazımdır. Bu komandada uğur qazanmaq üçün hər şey var”. Bəs nə baş verir?
Bununla tamamilə razıyam. Onu da qeyd etmək istəyirəm ki, reytinqdə 50-ci yerdə olan komandaya qarşı oynayırdıq. Baxmayaraq ki, reytinqdə 117-ci yerdəyik komandaların oyununda böyük fərq görünmürdü. Fərq yalnız qollarda idi.
Milliyə dəvət alan oyunçular öz klublarında fərqli, millidə fərqli oynayırlar. Bunu nə ilə əlaqələndirirsiniz?
Oyunçuları milliyə çağırdıqda mən onların hər birinin oyununu izləyirəm. Klubda futbolçuların daha çox məşq etmək imkanı olur. Millidə isə bunu etmək üçün bizim yetərli zamanımız olmur.
Oxşar xəbərlər
De Byazidən futbolçularımız üçün təhqirə bərabər sözlər - "Komandada xarakter problemi var"
De Byazi: "Düz yoldayıq..."
"Heyəti qurarkən fərqli qərar qəbul etmişdim" - Canni De Byazi
"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" - Canni De Byazi
"Müdafiədən oynamağa gücümüz çatmadı" - Şəhriyar Rəhimov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası