reklam
İrlandiya millisinin iki futbolçusu təcrid olundu -
Sportfm.az xəbər saytı

İrlandiya millisinin iki futbolçusu təcrid olundu -Matçda iştirakları sual altındadır


İrlandiya yığmasının iki futbolçusu Adam İda və Ceyson Nayt Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununu buraxa bilər.

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Kenni "otbsports.com" saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, oyunçuların qızdırma səbəbindən sabahkı matçda iştirakı sual altına düşüb.

Məşqçinin sözlərinə görə, onlardan götürülmüş koronavirus testinin nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Oxşar xəbərlər

"Suonsi"nin futbolçusu Bakıya gələsi olmadı - İtki
İrlandiyanın millimizlə oyun üçün heyəti - SİYAHI
Millimizin rəqibində ciddi itki - Zədəyə görə
Rəqibin heyətində dəyişiklik - İrlandiya - Azərbaycan DÇ-2022
İrlandiya millisinin Azərbaycanla oyun üçün heyəti - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər