Emin Mahmudov, Mahir Emreli – 1 milyon avro
“Transfermarkt” Azərbaycan millisinin hazırkı heyətinin ən dəyərli “11-liy”ini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Almaniya nəşri DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya və Serbiya ilə oyununa çağırılanlar arasında mövqelərə uyğun transfer qiyməti ən yüksək olan futbolçuların adlarını vurğulayıb.
4-3-3 sxeminə görə tərtib edilən “11-liy”in ən dəyərli üzvləri Qara Qarayev, Emin Mahmudov və Mahir Emrelidir. Adıçəkilən futbolçular 1 milyon avroya bərabər göstərilib. Simvolik komandanın ən ucuz oyunçusu isə 400 min avro ilə Höccət Haqverdidir.
Hazırkı heyətin ən dəyərlilərindən ibarət “11-liy”in ümumi qiyməti isə 8,1 milyon avrodur.
Qapıçı: Şahruddin Məhəmmədəliyev – 500 min avro;
Müdafiəçilər: Anton Krivotsyuk – 800 min, Maksim Medvedev – 500 min, Abbas Hüseynov – 450 min, Höccət Haqverdi – 400 min;
Yarımmüdafiəçilər: Qara Qarayev, Emin Mahmudov – hər ikisi 1 milyon avro, Anatoli Nuriyev – 900 min;
Hücumçular: Mahir Emreli – 1 milyon, Filip Ozobiç – 800 min, Namik Ələskərov – 750 min.
Qeyd edək ki, millinin heyətində yer alan futbolçulardan ən ucuzu 200 min avro ilə ölçülən qapıçı Aydın Bayramov, müdafiəçi Bəxtiyar Həsənalızadə və yarımmüdafiəçi Rövlan Muradovdur.
Oxşar xəbərlər
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Azərbaycanın ən dəyərli klubları - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Ən bahalı futbolçuların siyahısı - AVRO-2020
Mövsümün ən bahalı heyəti - La Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası