"Keşlə" üçün ağır sınaq -YENİLƏNİR
Bu gün Premyer Liqada V tura start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun gününün hər iki qarşılaşması Bakıda keçiriləcək. Günün ilk matçında 10 xalla zirvəyə şərik olan "Qarabağ" xalsız və son pillədə yer alan "Keşlə"nin qonağı olacaq. "ASK Arena"dakı matçı gənc referi Fərid Hacıyev idarə edəcək.
Komandalar indiyədək ölkə çempionatında 66 dəfə üz-üzə gəliblər. Bu oyunların 13-də meydan sahibləri, 31-də isə qonaqlar qələbə qazanıb. 22 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də Ağdam klubunun xeyrinədir - 85:42. “Qarabağ” son 11 oyunda rəqibinə uduzmayıb. “Keşlə”nin son iki ev matçı heç-heçə başa çatıb.
Günün son oyunu "Səbail" və "Zirə" komandaları arasında gerçəkləşəcək. "ASCO Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Hazırda "dənizçilər" 6 xalla 4-cü, rəqibindən 1 xal az toplayan "qartallar" isə 6-cıdır.
Bunadək baş tutmuş 15 qarşılaşmanın 8-i qonaqların, 3-ü meydan sahiblərinin xeyrinə başa çatıb, 4 görüş bərabərliklə yekunlaşıb. "Zirə"nin vurduğu 19 qola "Səbail" 8 topla cavab verib. “Zirə” son 6 qarşılaşmada uduzmayıb. “Səbail” isə son 3 görüşdə qol vurmayıb.
25 sentyabr (şənbə)
17:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”.
19:15. “Səbail” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.
Qeyd edək ki, tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
“Qarabağ” “Sabah”a, “Səbail” “Keşlə”yə qqarşı - Azərbaycan Premyer Liqası
"Zirə" və "Neftçi" meydana çıxacaq - YENİLƏNİR
Bu gün "Neftçi" - "Qarabağ" oyunu keçiriləcək - Azərbaycan Premyer Liqası
“Keşlə” – “Qarabağ” matçının hakimləri - Azərbaycan Premyer Liqası
"Qarabağ" qələbə qazana biləcəkmi? - YENİLƏNİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası