reklam
Respublika Stadionunun ot örtüyü bərpa edilir -
Sportfm.az xəbər saytı

Respublika Stadionunun ot örtüyü bərpa edilir -FOTO


Ölkəmizin əsas futbol arenalarından olan Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü tədricən əvvəlki vəziyyətə gətirilir.

Sportfm.az xəbər verir ki, intensiv göstərilən texniki qulluq sayəsində qazon normal vəziyyətə qaytarılıb. Bir həftədən sonra isə stadionun ot örtüyü həmişəki görkəmində olacaq.

Xatırladaq ki, “Qarabağ”ın avrokuboklarda ev oyunlarını keçirdiyi Respublika Stadionunun qazonu yay aylarında sıradan çıxmışdı. Bu səbəbdən UEFA Ağdam təmsilçisinin Konfrans Liqasının birinci turunda “Bazel” ilə görüşünün burada keçirilməsinə icazə verməmişdi. Həmin görüşü Bakı Olimpiya Stadionunda keçirən “Qarabağ”ın Bakıdakı növbəti qarşılaşmaları məhz Respublika Stadionunda oynayacağı gözlənilir.

Oxşar xəbərlər

"Qarabağ"ın ev oyunlarını bu stadionda keçirəcək
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
“Qarabağ” – “Kayrat” matçından əvvəl qazonun son durumu - FOTO
"10 gün vaxt verilsə, ot örtüyü özünə gələcək" - Stadionun direktoru
Respublika stadionunun ot örtüyü təzələndi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər