Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"dan Reynaldoya təşəkkür
"Qarabağ" braziliyalı hücumçusu Reynaldonun Türkiyənin "Adanaspor" klubuna keçidini təsdiqləyib.
Sportfm.az xəbər verir ki, Ağdam klubu rəsmi saytı vasitəsilə ona həm təşəkkürünü bildirib, həm də vidalaşıb:
"Futbolçumuz Reynaldo Silvanın Türkiyənin "Adanaspor” klubuyla danışıqlar aparmaq üçün qonşu ölkəyə yollandığı barədə xəbər vermişdik. Qış transfer dönəmində bir neçə klub futbolçumuz Reynaldo Silvanın transferi ilə yaxından maraqlansa da, Türkiyə klubu "Adanaspor” bu transferdə daha istəkli olub.
"Adanaspor” klub rəhbərliyinin israrı nəticəsində hər iki klub arasında razılıq əldə olunub, futbolçu ilə Türkiyə klubu arasında razılıq əldə olunub və tərəflər 2.5 illik müqavilə imzalayıb.
2013-cü ilin qış transfer pəncərəsində Belçikanın "Anderlext” klubundan "Qarabağ”ımıza transfer olunan Reynaldo Silva komandamızın heyətində 134 matç keçirib və 61 qolla yadda qalıb. Reynaldo Silva komandamızla 3 dəfə Premyer Liqanın qalibi, iki dəfə isə ölkə kubokunun qızıl medallarını qazanıb. Reynaldo 2013/14-cü illər mövsümündə Azərbaycan çempionatının ən sərrast futboluçusu olub, həmçinin hücumçu Azərbaycan klublarının avrokubok oyunlarında ən çox qol vuran futbolçudur (11 qol). Reynaldo həmçinin "Qarabağ”ımızda ən çox qol vuran legioner futbolçu ünvanına da sahibdir.
Futbolçumuza komandamızda göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".
Oxşar xəbərlər
Reynaldo karyerasını bitirdi - 31 yaşında
"Qarabağ"ın sabiq futbolçusu İsveçrədə
Reynaldo rəsmən "Adanaspor"da
Reynaldo Türkiyədə
"Reynaldo siyahıda olan adlardan biridir"...türkiyəli mütəxəssis
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası