Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahin Diniyev: "Xal qazanmaq hər iki komandaya lazımdır"
Topaz Premyer Liqasında bu gün qış fasiləsi başa çatır.
Sportfm.az xəbər verir ki, mövsümün ikinci yarısı 3-cü dövrənin oyunları ilə start götürəcək. Gəncənin "Kəpəz” klubu 15-ci turda səfərdə meydana çıxacaq. "Sarı-göylər” Bakıda "İnter”in qonağı olacaq. Tərəflər arasında bu mövsüm ilk iki dövrədə keçirilən oyunlarda qalib müəyyənləşməyib. Rəqiblər paytaxtda 2:2 hesablı qollu heç-heçəyə razılaşıblarsa, Nizami yurdunda keçirlən matçda hesab açılmayıb – 0:0.
"İnter” ilə oyun öncəsi "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlama verib: "Son iki mövsümdə "İnter” ilə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub. İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər "İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.
Oxşar xəbərlər
Şahin Diniyev: "Kəpəz" çətin qarşılaşmaya hazırdır"
Dario Frederiko "Kəpəz"ə qoşuldu
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
"Kəpəz" Qəbələyə gedir
Şahin Diniyev: “Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası