"Neftçi" ilə medal qazanan veteran futbolçu vəfat etdi -80 yaşında
1966-cı ildə "Neftçi"nin bürünc medal qazanmasında əsas pay sahiblərindən biri Yaşar Babayev vəfat edib.
Sportfm.az xəbər verir ki, Gəncədə dünyaya gələn Yaşar Babayevin 80 yaşı vardı. O 1966-cı ildə "Neftçi" ilə bürünc medal alan 12 futbolçudan biri idi. Həmin mövsüm Babayev çempionatın 20 matçında meydana çıxmışdı.
1962-ci ildə Gəncə "Dinamo"sunda oynayanda komandası güclü Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə məğlub edir. Həmin matçda gənc və istedadlı gəncəli balasının oyunu kiyevlilərin məşqçilərinin diqqətini çəkir. Ukrayna paytaxtından gələn təklifi geri çevirən futbolçu bir il sonra Azərbaycan paytaxtından gələn təkliflə razılaşır.
"Neftçi"də 219 rəsmi matçda meydana çıxan müdafiəçi klub tarixinə adını əbədi yazdırır. Son illər səhhətində ciddi problemlər olan veteran 1966-cı ildə qazandığı medalı itirsə də "Əsas medal deyil, xalqın yaddaşında yaşamaqdı" deyirdi. .
Futbol tariximizin ən yaxşı müdafiəçilərindən biri, şən və zarafatcıl insan Yaşar Babayevin xatirəsi onu tanıyanların və futbolsevərlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
"Neftçi"nin sabiq futbolçusu vəfat etdi
"Neftçi"nin sabiq üzvü vəfat etdi
Millinin sabiq qapıçısı vəfat etdi
"Neftçi"nin bürünc medal qazanmasını görməyən futbolçu vəfat etdi
Yaşasaydı 72 yaşı olacaqdı...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası