reklam
Cüdo millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Cüdo millimizin heyəti açıqlandı -Avropa çempionatı


Sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək cüdo üzrə gənclər arasında Avropa çempionatı üçün Azərbaycan yığmasının yekun heyəti məlum olub.

Sportfm.az xəbər verir ki, yarışda ölkəmizi 9-u oğlan, 3-ü qız olmaqla 12 cüdoçu təmsil edəcək. 

Məşqçilər heyəti oğlanlardan Turan Bayramov, Qasım Vəlizadə (hər ikisi 60 kq), Rəşad Quluzadə, Çingiz Fəttahov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli (81 kq) və Ruslan Nəsirliyə (100 kq) şans verəcək.

Qızlardan isə Könül Əliyeva, Aydan Vəliyeva (48 kq) və Ülviyyə Bayramova (52 kq) tatami üzərinə çıxacaq.

Qeyd edək ki, sentyabrın 9-dan 11-dək fərdi, son gündə isə qarışıq komanda yarışı baş tutacaq. Azərbaycan yığması komanda yarışında təmsil olunmayacaq.

Oxşar xəbərlər

Millimizin heyəti məlum oldu
Dünya çempionatında 9 cüdoçumuz iştirak edəcək - SİYAHI
Avropa birinciliyində ölkəmizi 12 cüdoçu təmsil edəcək - SİYAHI
Avropa kubokunda 10 cüdoçumuz iştirak edəcək - SİYAHI
Cüdo millimizin heyəti məlum oldu - Avropa kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər