reklam
UEFA Bakıya nümayəndə göndərəcək -
Sportfm.az xəbər saytı

UEFA Bakıya nümayəndə göndərəcək -Ot örtüyünə baxış keçiriləcək


UEFA "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında Konfrans Liqasının qrup oyununun keçiriləcəyi stadionla bağlı Bakıya xüsusi nümayəndə göndərəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, qitə futbol qurumunun əməkdaşı iki arenanın - Tofiq Bəhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyünə baxış keçirəcək: "Məhz bundan sonra görüşün oynanılacağı məkan dəqiqləşəcək. Biz qarşılaşmanın mərkəzi arenada keçirilməsini istəyirik. Amma böyük ehtimalla oyun BOS-a salınacaq".

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər

Erməni futbolçu Bakıya gəlməyəcək - Açıqlama
"Qarabağ"ın rəqibi Bakıya yola düşdü - FOTO
“Qarabağ” – “Bazel” matçının biletləri satışa çıxarıldı - 3 manat
"Qarabağ" - "Bazel" oyunu BOS-da keçiriləcək - Qərar
"Qalatasaray" Bakıya 45 nəfərlə gəlir - 23-ü futbolçudur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər