reklam
Taekvondoçularımızdan iki medal -
Sportfm.az xəbər saytı

Taekvondoçularımızdan iki medal -Avropa birinciliyi


Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Avropa birinciliyi davam edir.

Sportfm.az xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.

Avropa birinciliyində yeniyetmələr arasında yarışıda millimizin iki üzvü artıq medala sahib olub. Belə ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Xudiyev Kosova və Belarus təmsilçilərinə üstələyərək finala yüksəlib. Finalda isə Ukrayna təmsilçisinə məğlub olaraq yarışın gümüş medalını qazanıb.

Digər yeniyetmə taekvondoçumuz Zəhra İsayeva (29 kq) serbiyalı idmançıya qalib gəlsə də, yarımfinalda macarıstanlı rəqibinə məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Qitə birinciliyinə avqustun 27-də yekun vurulacaq.

Oxşar xəbərlər

Maltada daha 2 medal - Avropa Birinciliyi
Taekvondoçularımızdan 1 qızıl, 1 gümüş medal - Avropa çempionatı
Gənc idmançılarımızdan böyük uğur - Avropa birinciliyində iki qızıl
Cüdoçularımız Avropa birinciliyində 3 medal qazandı - FOTO
Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər