Cüdoçularımız Avropa birinciliyində 3 medal qazandı -FOTO
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Sportfm.az xəbər verir ki, mötəbər yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva (52 kiloqram) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.
Gənc cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. Komandamızın digər üzvü Nurlan Osmanov (66 kiloqram) da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçumuz bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.
Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı qitə birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.
Oxşar xəbərlər
Taekvondoçularımızdan iki medal - Avropa birinciliyi
Cüdoçularımız 3 medalla başladı - Avropa çempionatı
Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı - FOTO
Gənc cüdoçularımız Avropa birinciliyində iki medal qazanıblar
Gənc cüdoçularımız Avropa birinciliyində 6 medal qazandılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası