reklam
Taekvondoçularımızdan 1 qızıl, 1 gümüş medal -
Sportfm.az xəbər saytı

Taekvondoçularımızdan 1 qızıl, 1 gümüş medal -Avropa çempionatı


Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. 

Sportfm.az xəbər verir ki, yığma üzvü Zəhra İsayeva (29 kq) mübarizəyə 1/4 finaldan başlayıb. İlk döyüşündə Elli Antoniounu (Kipr) məğlub edən taekvondoçumuz yarımfinalda Arijana İvanoviclə (Serbiya) üz-üzə gəlib. Bu dueldən də qalib ayrılan İsayeva finalda Efe Nazlı (Türkiyə) ilə qüvvəsini sınayıb. Təmsilçimiz uğurlu seriyasını davam etdirərək dayanqdan yenə qalib ayrılıb və  çempion tituluna yiyələnib. 

 

Xuraman Cavadzadə də yarışı medalla başa vurub. 37 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Lilo Gameli (Fransa), ardınca Eyla Makası (Bosniya və  Herseqovina) məğlub edib. Cavadzadə yarımfinalda ermənistanlı Melanie Qrace Ayvazyana da gücünü göstərib. Rəqibinə heç bir şans verməyən taekvondoçumuz inamlı qələbə qazanıb. O, finalda isə Sofiya Hiniçlə (Xorvatiya) döyüşüb və rəqib üstün olduğundan gümüş medala layiq görülüb.

Beləliklə, yığmamız Avropa birinciliyinin ilk gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. 

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.

Oxşar xəbərlər

Avropa Oyunlarına lisenziya qazandılar - FOTO
İdmançımız qızıl medal qazandı - Prezident kuboku
Maltada daha 2 medal - Avropa Birinciliyi
Taekvondoçularımızdan iki medal - Avropa birinciliyi
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər