Açılış mərasimində Əfqanıstan bayrağı da olacaq -Tokio-2020
Əfqanıstan bayrağı Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasiminə aparılacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsons Yaponiya paytaxtında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yarışa qatıla bilməyəcək əfqanıstanlı idmançılarla həmrəylik əlaməti olaraq, belə qərar verilib: "Əfqanıstan bayrağı paralimpiadanın açılış mərasimində istifadə ediləcək. Biz onu daşımaq üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsini dəvət etmişik. Bu yolla həmrəyliyimizi nümayiş etdirmək istəyirik. Onların yarışda iştirakı ehtimal olunurdu. Təəssüf ki, bu, mümkün deyil".
Qeyd edək ki, Tokio-2020-də Əfqanıstanı iki idmançı təmsil etməli idi. Onlardan Zəkiyə Xudadadi ilk dəfə paralimpiadada iştirak hüququ qazanmış yerli qadın idmançı idi. Yığma avqustun 17-də Tokioya getməli olsa da, Əfqanıstandakı siyasiz vəziyyətlə əlaqədar yarışdan imtina edib.
Paralimpiada 24 avqust - 5 sentyabrda təşkil olunacaq. (report)
Oxşar xəbərlər
İlham Zəkiyev karantinə alındı - Tokio-2020
Əfqanıstan Yay Paralimpiya Oyunlarından çəkilir - Tokio-2020
Azərbaycanın qadın bayraqdarı - Tokio-2020
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa















Misli Premyer Liqası