Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin futbolçusunda koronavirus aşkarlandı
Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Aleksey İsayev koronavirusa yoluxub.
Sportfm.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçinin həftənin əvvəlində verdiyi testin nəticəsi müsbət çıxıb. İsayev "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçını buraxmalı olacaq.
Qeyd edək ki, avqustun 21-də keçiriləcək "Sumqayıt" - "Sabah" görüşü saat 20:00-da başlayacaq.
Aleksey İsayevin sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya ilə DÇ-2022-nin seçmə oyunlarını buraxacağı gözlənilir.
Oxşar xəbərlər
Aleksey İsayev "Qarabağ"da - RƏSMİ
"Sabah"ın futbolçusu yubiley matçında qol vurdu
Aleksey İsayevdən “Sabah”a sürpriz - VİDEO
"Ayaks"ın 11 futbolçusunda koronavirus aşkarlandı - Oyundan əvvəl
Poqba da koronavirusa yoluxdu - Millətlər Liqasında oynamayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası