Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Azlıqda qalmaq işimizi çətinləşdirdi" -"Sabah"ın baş məşqçisi
"Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Amma əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı".
Sportfm.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, meydanda azlıqda qalmaq komandasının işini çətinləşdirib: "Buna baxmayaraq, futbolçularım əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq".
Oxşar xəbərlər
"Futbolçular əllərindən gələni etməlidilər" - Canni De Byazi
"Ayağımızda top görmədim" - Visente Qomes
“Oyunumuzda dinamiklik çatışmırdı” - Visente Qomes
"Biz Azərbaycanı dəstəkləyirik" - İspaniyalı baş məşqçi
"Avrokuboklar uğrunda mübarizə apara bilərik" - Visente Qomez
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası