"3:0 hesabı ilə qalib gələ bilərdik" -Canni De Byazi
"Matçdan qalib ayrılmaq istəyirdik. Qol vurmağa çalışırdıq. Birinci hissədə çoxlu imkanlar yaratsaq da, heç birindən yararlana bilmədik. İkinci hissədə də imkanlarımız oldu, amma fərqlənməyi bacarmadıq. Qol vurmursansa, təbii ki, oyunu uda bilməzsən. Uşaqlar ürəklərini qoydular, lakin istəyimizə çata bilmədik".
Sportfm.az xəbər verir ki, bunları Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Kiprlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis bildirib ki, komandası 2 xal itirib: "Oyuna çox yaxşı konsentrasiya olunmuşduq. 3 xal qazanaraq, qrupdakı son imkanımızdan yararlanmaq istəyirdik.
Albaniya yığmasına rəhbərlik etdiyim vaxt bu stadionda Fransa, Ermənistan kimi komandalar üzərində böyük qələbələr əldə etmişik. Məhz Ermənistanı yenərək, 2016-cı il Avropa çempionatına vəsiqə qazanmışdıq. Sonuncu uduzduğum oyun isə yadıma gəlmir. Amma bu dəfə alınmadı. Nəinki 1 xal qazandıq, əksinə, 2 xal itirdik. İnanırdım ki, qələbə bizə önünəinam baxımından kömək edəcək. Birinci hissədə 3:0 hesabı ilə qalib gələ bilərdik. Amma imkanlarımızdan yararlanmağı bacarmadıq".
Qeyd edək ki, Kiprlə matç Albaniyanın Elbasan şəhər stadionunda keçirilib.
Oxşar xəbərlər
De Byazi indidə küləkdən bəhs etdi
"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" - Samir Abasov
"İlk oyunda qələbə qazanmağı çox istəyirdik" - Ayxan Abbasov
"Futbolçularda qalib psixologiyasını formalaşdırmalıyıq" - De Byazi
"Azlıqda qalmaq işimizi çətinləşdirdi" - "Sabah"ın baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası