"Həm Türkiyə "Fənərbaxça"sı, həm də İsrailin "Makkabi"si güclü rəqiblərdir" -Samir Abasov
"Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Onların göstərdiyi oyun bunu deməyə əsas verir".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, rəqibin fiziki durumu çox yaxşıdır: "Doğrudan da təhlükəli rəqibdir. Öz ölkəsinin çempionudur. Komandaları güc baxımından müqayisə etrsək, üstünlükləri var. Rəqib daha hazırlıqlıdır. Avropa Liqasında qalmaq üçün əlimizdən gələni edəcəyik".
Baş məşqçi hücum xəttində Mirabdulla Abbasov və ya Harramiz Soareşə şans verəcəyini söyləyib: "İki hücumçumuz var. Mirabdulla Abasovun səhhəti ilə bağlı problem yaşadıq. Amma demək olmaz ki, hazır deyil. Məşqimizdə iştirak edir".
Abasov potensial rəqiblərdən də danışıb: "Püşkü atanlar deyirlər ki, "Neftçi" sən heç yerə getmə, yerində qal. Həm Türkiyə "Fənərbaxça"sı, həm də İsrailin "Makkabi" (Hayfa) güclü rəqiblərdir. Hər ikisi arzuolunmaz komandadır. Hazırda bütün fikrimiz HİK-lə oyunlardadır".
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.
Oxşar xəbərlər
"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" - Samir Abasov
“Meza Kolli sabah meydanda olacaq“ Samir Abasov
"Neftçi"nin oyunçusu koronavirusa yoluxdu - Təcrid olundu
"Bizi gərgin və maraqlı görüş gözləyir" - Samir Abasov
"Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq" - "Bney Yehuda"nın baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası