reklam
Paraüzgüçülərimiz Yaponiyaya yollandı -
Sportfm.az xəbər saytı

Paraüzgüçülərimiz Yaponiyaya yollandı -Tokio-2020


Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzrə Azərbaycan millisi və nümayəndə heyətinin bir neçə üzvü Yaponinayın Şika şəhərinə yola düşüblər.

Sportfm.az xəbər verir ki, beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək yığma daha sonra paytaxt Tokioda yerləşən Paralimpiya kəndinə yola düşəcək.

Tokio 2020-də üzgüçülük idman növündə Azərbaycanı Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcək. Onlardan ilk olaraq, Saleh yarışlara qatılacaq. O, avqustun 27-də mübarizəyə start verəcək.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Oxşar xəbərlər

Paralimpiya komandamızın formaları təqdim olundu - FOTO
Paralimpiyaçılarımızdan 36-cı lisenziya - Tokio-2020
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
Paralimpiyaçılarımızdan daha iki lisenziya - Tokio-2020
Paralimpiyaçılarımızdan 9 lisenziya - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər