Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt" toplanışı məğlubiyyətlə bitirdi
"Sumqayıt”ın əvəzediciləri çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını başa vurub.
Sportfm.az xəbər verir ki, komanda hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. "Kapital Bank Arena"da "Zirə"nin əvəzediciləri ilə qarşılaşan sumqayıtlılar məğlubiyyətə uğrayıb - 1:2. Komandanın yeganə qolunu Fərid Kərimzadə vurub.
Xatırladaq ki, bundan öncə "Sumqayıt" "Şahdağ" və "İnter"in əvəzediciləri ilə yoxlama oyunu keçirmişdi və hər iki oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.
Qeyd edək ki, "gənclik şəhəri"nin təmsilçisi 2 günlük isirahətin ardından, konkretləşdirsək sabahdan etibarən "Qəbələ" ilə oyunun hazırlığına başlayacaq.
Oxşar xəbərlər
"Sumqayıt" - "Qarabağ" oyununda 7 qol vuruldu
"Sumqayıt" “Şahdağ”ı məğlub etdi
"Sumqayıt"dan "Xəzər"ə 1 qol
"Sumqayıt" "Şahdağ"ı məğlub edib, "Səbail"i gözləyir
“Sumqayıt” Türkiyədən qayıtdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası