reklam
Türkiyəli boksçulardan bir ilk -
Sportfm.az xəbər saytı

Türkiyəli boksçulardan bir ilk -Tokio-2020


Türkiyənin iki qadın boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Sportfm.az xəbər verir ki, 51 kq-da yarışan Buse Naz Çakıroğlu Çin Taypeyini təmsil edən Huanq Hsiao-Veni yarımfinalda məğlubiyyətə uğradıb.

68 kq-da mübarizə aparan Busenaz Sürmeneli isə hindistanlı Lovlina Borqohainə şans verməyib - 5:0. Çakıroğlu qızıl medal uğrunda Stoyka Krasteva (Bolqarıstan) ilə, Sürmeneli isə Gu Honqla (Çin) döyüşəcək. Hər iki qarşılaşma avqustun 7-də olacaq.

Qeyd edək ki, tarixdə ilk dəfə türkiyəli qadın boksçular olimpiadanın finalına yüksəlib. Tokio-2020 avqustun 8-də başa çatacaq.

Oxşar xəbərlər

Paracüdoçumuz finala yüksəldi - Tokio-2020
Olimpiya çempionu hesabı zərbəsi ilə ödədi - Jest
Daha 17 nəfərdə yoluxma - Tokio-2020
Azərbaycanlı hakim və həkim Tokio-2020-də - Təyinat
Sotomayor Tokio-2020-yə lisenziya qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər