Nazir Vətənə “Qarabağ”la eyni uçaqda döndü -FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov "Qarabağ"ın İsraildə "Aşdod"la keçirdiyi oyunu stadionda izləyib.
Sportfm.az xəbər verir ki, O. Məmmədov öz tvitter paylaşımında Ağdam təmsilçisini təbrik edərək fotolar paylaşıb:
"Qarabağ" Futbol Klubunun ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq "Aşdod"la bugünkü oyunu izləməyə fürsətimiz oldu. "Qarabağ" kollektivini növbəti mərhələyə çıxmaq münasibəti ilə təbrik edirəm!"
Qeyd edək ki, "Qarabağ" Bakıda 0:0 hesablı he-heçə etdiyi rəqibinə səfərdə 1:0 hesabı ilə qalib gələrək adını 3-cü təsnifat mərhələsinə yazdırıb.
Səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov “Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.
Oxşar xəbərlər
""Qarabağ" klub olaraq böyüyüb" - Tahir Gözəl
"Aşdod" - "Qarabağ" 0:1 - VİDEO
"Qarabağ" mərhələni səfərdə keçdi - Konfrans Liqası
İqtisadiyyat naziri "Qarabağ"ın oyununda - Konfrans Liqası
"Heç bir halda arxaynlaşmaq olmaz" - Elxan Məmmədov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası