""Qarabağ" klub olaraq böyüyüb" -Tahir Gözəl
"Aşdod"la oyunda qazandığımız qələbə və “Qarabağ"ın mərhələ adlaması münasibəti ilə baş məşqçimiz Qurban Qurbanovu, komandamızın bütün futbolçularını, xüsusən azarkeşləri təbrik edirəm. "Aşdod"la oyundakı uğur avrokuboklarda yenə iddialı olduğumuzu göstərdi".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində komanda indi azad Qarabağı, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı təmsil edir: "Bu, bizi daha məsuliyyətli edir. Odur ki, daha güclü heyətin qurulması üçün klubumuzun idarəçilərinə tapşırıqlar vermişəm. Əminəm ki, zamanla daha əzmkar, daha mübariz, daha böyük hədəflər üçün oynayan “Qarabağ” görəcəyik".
Tahir Gözəlin sözlərinə görə, "Qarabağ" klub olaraq böyüyüb, təcrübə toplayıb: "Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar. "Aşdod"la oyunda bunun şahidi olduq. Qürurla deyə bilərik ki, klubumuz həm də yaxşı idarəçilər yetişdirir. UEFA Konfrans Liqası yeni turnirdir. Burada mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Ümid edirəm, bu uğurun davamını AEL-lə matçlarda da gətirəcəyik. Mənim komandama güvənim sonsuzdur. Yeni turnirdə mümkün olduğu qədər irəliləməyə, Azərbaycanı, Qarabağı böyük qürur hissi ilə təmsil etməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin AEL klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu avqustun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.
Oxşar xəbərlər
"Qarabağ" mərhələni səfərdə keçdi - Konfrans Liqası
"Qarabağ"dan çəkinmirik" - Gil Koen
"Qarabağ" İsrail klubu ilə bərabərə qaldı - Konfrans Liqası
"Səfər qolu qaydası olsaydı, biz qalib gələcəkdik" - Qurban Qurbanov
Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirmək istəyirik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası