reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" bir oyunda uddu, digərində uduzdu


"Qarabağ" keçirdiyi iki yoxlama oyunuyla Antalya qış tlim-məşq toplanışına yekun vurub.
 
Sportfm.az xəbər verir ki, "Qarabağ" günün ilk oyununda Qazaxıstanın "Atırau" komandasıyla qarşılaşıb. Ağdam klubu erkən dəqiqələrdə qapısında qol görüb. Daha sonra oyunda üstünlüyü ələ alan "Qarabağ" hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.

"Qarabağ" - "Atırau" (Qazaxıstan) 0:1 
"Qarabağ": 13. İbrahim Şehiç (1.Boyan Şaranov, 45), 23. Elgün Uluxanov, 3. Eltun Turabov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 19. Elçin Rəhimli (Reynaldo Silva, 72), 20. Riçard Almeyda, 11. Mahir Mədətov (77. Elşən Abdullayev, 65), 22. Əfran İsmayılov, ( 71. Vüqar Nadirov,46), 10. Muarem Muarem, 91. Coşqun Diniyev

Günün ikinci qarşılaşmasında "Qarabağ" Polşanın "Termalika" klubuyla qarşılaşıb. Ağdam klubu oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbəylə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsiylə hesabı 2:0 edib. Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşma növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Qarşılaşma 3:2 hesabıyla "Qarabağ"ın qələbəsiylə başa çatıb.

"Qarabağ" - "Termalika" (Polşa) 3:2
QOLLAR: Ramazanov, 5, Ndlovu, 13, Hüseynov, 76
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev (13. İbrahim Şehiç, 69), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 77), 5. Maksim Medvedev, 44. Ağabala Ramazanov (77. Elşən Abdullayev, 72), 6. Dino Ndlovu (11. Mahir Mədətov, 77), 15. Rahid Əmirquliyev, 99. Dani Kintana, 2. Qara Qarayev, (Riçard Almeyda, 77), 8. Miçel

Oxşar xəbərlər

Yeni lider "Qarabağ"
"Qarabağ" bir xala razı oldu - Yenilənib
“Qarabağ” 29 futbolçu ilə hazırlaşır - SİYAHI
"Qarabağ" darmadağınla mərhələni adladı
“Qarabağ"dan darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər