Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hər üç medalı İsveçrə idmançıları qazandı -Tokio-2020
“Tokio-2020” Yay Olimpiya Oyunlarında qadınlar arasında dağ velosipedi üzrə kross yarışlarında fəxri kürsünün hər üç pilləsinə İsveçrə idmançıları qalxıblar.
Sportfm.az xəbər verir ki, yarışda velosipedçilər 20,5 kilometr məsafə qət ediblər. Otuz səkkiz idmançının mübarizə apardığı yarışda məsafəni hamıdan tez – 1 saat 15 dəqiqə 46 saniyəyə qət edən Yolanda Neff Olimpiya çempionu olub. Sina Fray yarışı ikinci, Linda İnderqand isə üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, Tokio Olimpiadası avqustun 8-dək davam edəcək.
Oxşar xəbərlər
Rafael Ağayevin rəqibləri bəlli oldu - Tokio-2020
Felpsin rekordu qırıldı - Tokio-2020
Azərbaycanın "Tokio-2020"yə qazandığı lisenziya xalı 43-ə yüksəldi
Federasiya kuboku yarışlarının qalibləri bəlli oldu - FOTO
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası