reklam
Sportfm.az xəbər saytı

"Avrokuboklarda ilk dəfə mərhələ adlayan Azərbaycan komandasının adı "Şəmkir"dir! " -Millət vəkili AFFA-ya səsləndi


Millət vəkili Nurlan Həsənov “Facebook” səhifəsində Şəmkir şəhər stadionun son durumu barədə yazıb.

Sportfm.az xəbər verir ki, o, bu sözləri qeyd edib: 

"Azərbaycan futbolunu Şəmkirsiz təsəvvür etmək çətindir! Bu gün Şəmkir şəhər stadionunun vəziyyəti ilə yerində tanış oldum. Uşaq vaxtı o stadionda dəfələrlə "Şəmkir" futbol komandasının oyunlarına baxmışam.

Avrokuboklarda ilk dəfə mərhələ adlayan Azərbaycan komandasının adı "Şəmkir"dir! İndi isə hər şey məhv olub. Niyə belə olub, kim edib bu vəhşiliyi? 

Kimlərin, hansısa yerli və ya digər məmurların maraqları üst-üstə düşməyib deyə böyük bir şəhərin futbol həyatını, futbola olan marağını bitirmək qəbuledilməzdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bu məsələyə biganə yanaşmamalıdır".

 

May be an image of tree and road

Oxşar xəbərlər

“Şəmkir” “Qusar”a, “Kür-Araz” “Füzuli”yə uduzdu
“Şəmkir” “Qusar”a, “Kür-Araz” “Füzuli”yə uduzdu
“Baku Sportinq” – “Şəmkir” matçının vaxtı bilindi - II Liqa
"Şəmkir"ə texniki məğlubiyyət verildi
Şəmkirdə yeni futbol klubu yaradılıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər