reklam
Sportfm.az xəbər saytı

"Neftçi" - "Dinamo" -Biletlərin qiyməti məlum oldu


"Neftçi"nin Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa biletlərin qiymətləri açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə "Report"a Qarabağ Dirçəliş Fondundan bildirilib. Qiymətlər 5, 10 və 20 AZN arasında dəyişir. Biletlər sabah saat 10:00-da satışa çıxarılacaq

Azarkeşlər biletləri matçın oynanılacağı “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərlər. Kassalar saat 21:00-dək işləyəcək.

Qeyd edək ki, "Neftçi" və "Dinamo" komandaları arasında cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

"Neftçi"nin matçı 5 manata - biletlər satışa çıxarılır
Biletlərin qiymətləri açıqlandı - "Neftçi" - "Olimpiakos"
Cavab oyununa 2 000-dən çox bilet satıldı - "Neftçi" - "Dinamo"
"Neftçi"nin rəqibi Bakıya gəldi - FOTO
“Neftçi” Qarabağ Dirçəliş Fonduna ianə edəcək - Gəlirin yarısını

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər