"Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" -Səfir
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Avro-2020-nin 1/8 finalında İngiltərə - Almaniya oyunundan əvvəl maraqlı paylaşım edib.
Sportfm.az xəbər verir ki, o, özünün "Tvitter" səhifəsində dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun şəklini paylaşıb və bu sözləri yazıb: "Bu axşam "Uembli" stadionunda keçiriləcək matçı izləməyi səbirsizliklə gözləyirəm. "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!".
Bu gün keçiriləcək İngiltərə - Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.
Oxşar xəbərlər
İngilis hakimlər Tofiq Bəhramovun abidəsini ziyarət etdi - FOTO
İngilislər Tofiq Bəhrəmovdan yazdı - "Bizim qəlbimizdə yaşayır" - FOTO
Millinin sabiq qapıçısı vəfat etdi
Tofiq Bəhramovun nəvəsi: "Əgər babam yaşasaydı..."
UEFA-nın rəsmi saytı Tofiq Bəhramovla bağlı yazı hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası