İngilislər Tofiq Bəhrəmovdan yazdı - "Bizim qəlbimizdə yaşayır" - FOTO
Tofiq Bəhramov ingilislərin qəlbində yaşayır.
Sportfm.az xəbər verir ki, Britaniyanın nüfuzlu "The Sun" nəşri Tofiq Bəhramov haqqında yazı dərc edib. Jurnalist Rob Maulun yazdığı məqalədə Tofiq Bəhrəmovun arxiv şəkillərindən istifadə olunub.

Yazı "Londondan çətinliklə Bakıya gedib çıxan "Çelsi" və "Arsenal" fanatlarına tövsiyə edərdik ki, taksiyə minib, şəhərdə gəzsinlər" cümləsi ilə başlayır.
"Əgər, azarkeşlər bu tövsiyyəmizə əməl etsələr, Britaniya futbol tarixində iz qoyan şəxsin abidəsi ilə qarşılaşacaqlar.
Bakıda keçmiş hakim Tofiq Bəhramovun heykəli qoyulub. Tofiq Bəhramov 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunun finalında İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərarla ingilislərin ürəyini fəth edib.
Həmin vaxt rusiyalı hakim kimi qələmə alınan Tofiq Bəhramov, əslində, Azərbaycanda, Bakıda doğulub", - məqalədə qeyd olunub.
Daha sonra yazıda Tofiq Bəhramovla bağlı ətraflı məlumat verilib və oğlunun atası barədə dediyi sözlərdən istifadə edilib.(milli.az)
Oxşar xəbərlər
İngilis hakimlər Tofiq Bəhramovun abidəsini ziyarət etdi - FOTO
"Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" - Səfir
"Algemene Dagblad”-da Tofiq Bəhramov haqqında yazıldı
Tofiq Bəhramovun nəvəsi: "Əgər babam yaşasaydı..."
UEFA-nın rəsmi saytı Tofiq Bəhramovla bağlı yazı hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası