Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda federasiyanın sürücüsü öldürüldü -FOTO
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Sportfm.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.
45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. "Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.
Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
"Qəbələ"nin futbolçusu qəzaya düşdü - HADİSƏ
PFL-in baş mühasibi həbs edildi - Bakıda
Elnur Məmmədli: "Məsələni böyütməyin"
"Sumqayıt"ın futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi
Məşhur azərbaycanlı boksçunun qardaşı həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası