PFL-in baş mühasibi həbs edildi -Bakıda
Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində Suraxanı rayon məhkəməsi qərar verib.
Sportfm.az xəbər verir ki, 99-RZ-878 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Cəfərov Xalid Asif oğlu, qarşısını kəsdiyi sürücünü vurub söydüyü üçün sənədləri toplanılaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Bu gün məhkəmənin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə həbs edilən Cəfərov Xalid tanınmış mühasibdir və o, “Praktiki Mühasibatlıq” mövzusunda ödənişli təlimlər keçir.
Qeyd edək ki, o, həmçinin Peşəkar Futbol Liqasının (PFL) baş mühasibidir.
Oxşar xəbərlər
Bakıda federasiyanın sürücüsü öldürüldü - FOTO
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
Məşhur azərbaycanlı boksçunun qardaşı həbs edildi
Çempionumuz barəsində cinayət işi başlandı
Azərbaycanda tanınmış idmançı həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası