reklam
Elnur Məmmədli:
Sportfm.az xəbər saytı

Elnur Məmmədli: "Məsələni böyütməyin"


Tanınmış cüdoçu, 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Sportfm.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.

"B 862 CA 73" qeydiyyat nişanlı "VAZ 21 08" markalı avtomobili adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək Elnur Məmmədlinin idarə etdiyi "90 NT 555" dövlət qeydiyyat nişanlı "KİA Cadenza" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə ziyan dəyib.

Məsələ ilə bağlı E.Məmmədli ilə əlaqə saxlasaq da, idmançı Trend-ə məsələyə münasibət bildirmək istəmədiyini dedi: "Xahiş edirəm, məsələni böyütməyin".

 

Oxşar xəbərlər

Bakıda federasiyanın sürücüsü öldürüldü - FOTO
"Arsenal"ın futbolçusu qəzaya düşdü - FOTO
"Sumqayıt"ın futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi
Futbolçu qəzaya düşdü - 150 min dollarlıq avtomobili aşdı
Çempionumuz barəsində cinayət işi başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər