Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” ikinci oyunda məğlub oldu -Yoxlama görüşü
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komanda yerli "Domjale" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol ilk yarıda vurulub. 24-cü dəqiqədə Namik Ələskərov hesabı açsa da, Jiqa Repas 33 və 39-cu dəqiiqələrdə "dubl" edərək, "Domjale"yə əzmkar qələbə qazandırıb.
Qeyd edək ki, ölkə çempionu daha əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.
Oxşar xəbərlər
"Neftçi" "Sivasspor"a uduzdu - Yoxlama görüşü
"Neftçi" bərabərə qaldı - Yoxlama oyunu
"Neftçi" "Spartak"ı məğlub etdi - Yoxlama oyunu
"Neftçi”nin rəqibi dəyişdi - Yoxlama görüşü
"Neftçi" "Kəpəz"i məğlub etdi - Yoxlama görüşü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası