reklam
Sportfm.az xəbər saytı

"Neftçi" bərabərə qaldı -Yoxlama oyunu


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.

Sportfm.az xəbər verir ki, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 55-ci dəqiqədə Yusuf Laval vurub. Krivotsyuk qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Laval məhz Krivotsyukun səhvindən sonra topu rəqib qapısından keçirib.

Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2.

Oxşar xəbərlər

Krivotsyuk yeni klubunda 600 000 alacaq - TRANSFER
"Neftçi" Polşa klubuna qarşı - YENİLƏNİR
"Neftçi" Polşa klubuna qarşı - Yoxlama görüşü
"Sabah" Türkiyədə bərabərə qaldı - Hazırlıq matçı
Krivotsyuk oynadı, komandası qələbə qazandı - 3:0

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər