"Neftçi”nin rəqibi dəyişdi -Yoxlama görüşü
“Neftçi”nin Sloveniyadakı təlim-məşq toplanışında keçirəcəyi ikinci yoxlama oyununda rəqibi dəyişib.
Sportfm.az xəbər verir ki, Macarıstanın “Fehervar” klubu zədəlilərinin çoxluğu ilə əlaqədar sınaq matçından imtina edib.
Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq. “Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranska Qora bölgəsindəki “Ramada Hotel & Suites”də məskunlaşan ölkə çempionu ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib - 1:1. Flaqman iyunun 29-u Moskva “Spartak”ı ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Neftçi" "Spartak"ı məğlub etdi - Yoxlama oyunu
"Neftçi"nin "Spartak"la matçının yeri bilindi - Yoxlama oyunu
“Neftçi”nin ikinci rəqibi müəyyənləşdi - Yoxlama oyunu
“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı - Yoxlama görüşü
"Neftçi"nin hazırlıq planında dəyişiklik - 4 yox, 3 oyun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası