"Neftçi"nin hazırlıq planında dəyişiklik -4 yox, 3 oyun
“Neftçi”nin yeni mövsümə hazırlıq planında dəyişiklik olub.
Sportfm.az xəbər verir ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblərə görə flaqman Sloveniyaya ayın 18-də yola düşəcək. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanışda 4 yox, 3 yoxlama oyunu baş tutacaq.
"Ağ-qaralar" iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-dəki püşkatma mərasimində məlum olacaq.
Oxşar xəbərlər
"Neftçi”nin rəqibi dəyişdi - Yoxlama görüşü
“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı - Yoxlama görüşü
“Neftçi”nin toplanışının ikinci mərhələsi
"Neftçi"nin hazırlıq planı bilindi
Roberto Bordin nəyə işarə edir? - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası