reklam
Millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin heyəti açıqlandı -Dünya çempionatı


Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatı üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, dünən turnirə yollanan yığmanın heyətində böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Məhəmməd Şükürzadə (55 kq), Fərid Xəlilov (60 kq), İsmayıl Rzayev (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Əli Quliyev (92 kq) yer alıb.

Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.
Qeyd edək ki, yığma ötən ay Bolqarıstanın Samokov şəhərində komanda hesabında Avropa çempionu olub.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Yığmamız Avropa çempionu oldu! - VİDEO
Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşdi - SİYAHI
Millimizin heyəti məlum oldu
Yığma komandamız İrana yollanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər