“Neftçi”nin toplanışının ikinci mərhələsi
"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir.
Sportfm.az xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
“Ağ-qaralar”ın səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
“Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Flaqman iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib.
Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-si Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"da olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq.

Oxşar xəbərlər
"Neftçi"nin "Spartak"la matçının yeri bilindi - Yoxlama oyunu
“Neftçi”nin ikinci rəqibi müəyyənləşdi - Yoxlama oyunu
“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı - Yoxlama görüşü
"Neftçi"nin hazırlıq planında dəyişiklik - 4 yox, 3 oyun
Roberto Bordin nəyə işarə edir? - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası